Ajda Pekkan əməliyyat olunub | 1news.az | Xəbərlər
Dünya

Ajda Pekkan əməliyyat olunub

15:37 - 03 / 02 / 2024
Ajda Pekkan əməliyyat olunub

Estetik əməliyyatları, hit mahnıları, yaşına meydan oxuyan gözəlliyi ilə tez-tez gündəmə gələn məşhur türkiyəli müğənni Ajda Pekkan əməliyyat olunub.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 gün əvvəl 77 yaşlı sənətçinin sağ çiyninə cərrahi müdaxilə edilib.

Əməliyyatdan sonra evə buraxılan sənətçi 3 həftə müalicə alacaq.

Qeyd edək ki, Ajda Pekkan ötən il verdiyi müsahibədə səhhətindəki problemlərdən və keçirdiyi əməliyyatlardan danışıb. Sənətçi ombasını sındırdıqdan sonra çiynində əzələsinin yırtıldığını və bunun ağrılara səbəb olduğunu bildirib. O, daha əvvəl də eyni çiynində vətər əməliyyatı keçirib.

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər