Emin Əmrullayev: “Məktəblərdə baş verən neqativ hallar araşdırılmalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev: “Məktəblərdə baş verən neqativ hallar araşdırılmalıdır”

Ayşən İsmayılova15:35 - 29 / 02 / 2024
Emin Əmrullayev: “Məktəblərdə baş verən neqativ hallar araşdırılmalıdır”

" Valideyn tərəfdən belə bir iddia ortaya qoyulub ki, 8 yaşlı uşaq cinsi zəmində qısnamaya məruz qoyulub ".

1news.az xəbər verir ki bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə çıxışı zamanı deyib.

"Bu hadisədə uşaqlardan birinin 8, birinin 13 yaşı var, yəni hər ikisi də uşaqdır. Bəs belə bir hadisə baş verməməsi üçün nə etmək lazımdır? Burada kimi cəzalandırmaq lazımdır? Təbii ki, 13 yaşlı uşaqla bağlı cinayət işi açıla bilməz. Çünki bizim qanunvericiliyimiz buna imkan vermir".

Nazir deyib ki, məktəblərdə və məktəblilərin iştirakı ilə baş vermiş neqativ hallar gizlədilməməlidir”.

"O cümlədən, bədbəxt hadisələr, müəllim və şagirdlər arasındakı münasibətlərdən, şagirdlər arasındakı münasibətlərdən, və sair səbəblərdən baş verə bilər. Bizim müşahidəmiz bundan ibarətdir ki, hadisə baş verəndə uşaq qalır bir tərəfdə diqqət cəzalara yönəlir".

"Ancaq bu hadisələr digər şagirdlərin, müəllimlərə təsir etməməlidir. Müəllimlərimizə qarşı alçaldıcı addımlar atılmamalıdır” - deyə nazir əlavə edib:

"Hadisə baş verəndən sonra araşdırma aparılmalıdır. Müəllimlərə qarşı atılan addımlar insanların müəllim olmasına təsir edəcək. Şagirdi məktəbdən çıxarmaq çıxış yolu deyil. Məktəb çalışmalıdır ki, şagirdi islah etsin".

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər