Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb
Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 7 nəfər həyatını itirmişdir.
1news.az xəbər verir ki, bu barədə bayram günlərində Respublika yollarında baş vermiş qəzalarla bağlı Baş DYP İdarəsinin məlumatında qeyd olunub.
Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz azalmışdır.
Qeyri iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və demək olar ki, bütün stasionar postlarda gündəlik nəzarət tədbirləri həyata keçirilmişdir.
Baş DYP İdarəsi tərəfindən yollarda baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da davam etdiriləcəkdir.