Ceyhun Bayramov Qırğızıstan Prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Qırğızıstan Prezidenti ilə görüşüb

Qafar Ağayev14:30 - 09 / 04 / 2024
Ceyhun Bayramov Qırğızıstan Prezidenti ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar:

"Ceyhun Bayramov qardaş Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam açıqlıq və etimad şəraitində baş tutdu. Tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar".

Paylaş:
390

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər