Qəzzada ölənlərin sayı 34 minə yaxınlaşır | 1news.az | Xəbərlər
Dünya

Qəzzada ölənlərin sayı 34 minə yaxınlaşır

17:45 - 11 / 04 / 2024
Qəzzada ölənlərin sayı 34 minə yaxınlaşır

İsrailin oktyabrın 7-dən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 33 545 nəfərə çatıb.

1news.az xəbər verir ki, bu barədə Fələstinin Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bildirilir ki, müharibə qurbanlarının sayı artaraq 33 545 nəfərə çatıb, 76 094 nəfər isə yaralanıb.

Son 24 saat ərzində İsrail ordusunun hücumları nəticəsində həlak olan 63 nəfərin meyiti Qəzza zolağındakı xəstəxanaların morqlarına çatdırılıb.

Paylaş:
1040

Son xəbərlər

Bütün xəbərlər