Sabunçuda açıq ərazidə yanğın başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda açıq ərazidə yanğın başlayıb

Qafar Ağayev15:03 - 24 / 04 / 2024
Sabunçuda açıq ərazidə yanğın başlayıb

Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Paylaş:
195

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər