Xəzərin Azərbaycana mənsub sularında 26 kq narkotik aşkar olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərin Azərbaycana mənsub sularında 26 kq narkotik aşkar olunub - FOTO

12:23 - 14 / 05 / 2024
Xəzərin Azərbaycana mənsub sularında 26 kq narkotik aşkar olunub - FOTO

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a verilən məlumata görə, may ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Ələt reydində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sahildən 10.7 mil məsafədə ümumi çəkisi 26 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş:
168

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər