Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı verib

Qafar Ağayev13:06 - 20 / 05 / 2024
Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib.

1news.az xəbər verir ki, Milli Məclisin sədri bu ağır itki ilə əlaqədar İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına səbir və dözüm diləyib, öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib.

Paylaş:
432

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər