Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib

Qafar Ağayev15:37 - 21 / 05 / 2024
Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib

Londonun ən böyük beynəlxalq aeroportu olan Hitrou hava limanı özünün "Facebook" səhifəsində "Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) həsr olunmuş paylaşım edib.

1news.az bu barədə Hitrou-nun "Facebook" səhifəsinə istinadən xəbər verir.

"Azərbaycan Qərb və Şərq koloritlərinin ahəngi sayəsində unikal və füsunkar ölkədir, burada öyrəniləsi çox şey var və AZAL sizin bələdçiniz olmağa hazırdır", - paylaşımda deyilir.

Qeyd olunub ki, Hitroudan qalxan üç birbaşa reys sayəsində AZAL-ın səmərəlilik, rahatlıq və komfortun ideal vəhdətini əks etdirən biznes klas uçuşları ilə "787-8" təyyarəsində rahat səyahət edə bilərsiniz.

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər