Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb

Qafar Ağayev16:04 - 21 / 05 / 2024
Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb

Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb.

1news.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Məlumata görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kəni ilə telefon danışığı aparıb.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Paylaş:
360

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər