Süni intellekt İT infrastrukturunu necə dəyişir?
Son illərdə İT infrastrukturu süni intellektin (AI) və bazarın tələblərinin təsiri altında bir sıra dəyişikliklərə məruz qalmışdır. Lenovo ISG-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində həllərin tanıdılması şöbəsinin rəhbəri Qriqori Praluxin 1news.az-a biznesdə hansı tendensiyaların müasir İT-infrastrukturu üçün yeni standartlar formalaşdırdığı barədə danışıb.
- Son illər İT-infrastrukturu necə dəyişib?
- Çox ciddi. Biz məlumatların generasiyasının nə qədər sürətlə artdığını görürük, məlumatların toplanmanılmasının, emal olunmasının və saxlanılmasının yeni üsulları ortaya çıxır. Əgər bir neçə il əvvəl məlumat o qədər çox deyildisə, yeni məlumatlar daha yavaş yaradılır və əsasən strukturlaşdırılırdısa, indi biz çoxlu strukturlaşdırılmamış məlumatlarla rastlaşırıq və onlar sürətlə yayılmaqda davam edirlər. Cəmi bir neçə il əvvəl bütün kritik məlumatlar bir neçə klassik verilənlər bazasında və bir neçə fayl serverində yerləşdirilə bilərdi, lakin bu gün müəssisə infrastrukturu yüzlərlə verilənlər bazasından, o cümlədən yeni nəsil verilənlər bazasından ibarət ola bilər.
Konteyner tətbiqlərinin infrastruktura fəal daxil olmasını da unutmamalıyıq. Məlumat mərkəzləri tanınmaz şəkildə dəyişib.
Biz də süni intellektin və böyük dil modellərinin tez inkişaf etdiyini görürük. Bu, köklü şəkildə yeni yanaşma, hesablama gücünün əhəmiyyətli dərəcədə artırılması, GPU sürətləndiricilərinin uyğunlaşdırılması və böyük həcmdə strukturlaşdırılmamış məlumatların və xüsusi proqram təminatının saxlanılması və emalı üçün yeni sinif həllərin tətbiqini tələb edən digər mühüm çağırışdır.
- Lenovo bu AI müsabiqəsində şirkətlərə necə kömək edə bilər?
- Süni intellektlə bağlı problemləri həll etmək üçün Lenovo universal və süni intellektə yönəlmiş serverlərin hərtərəfli portfelini təklif edir; innovativ, o cümlədən proqram təminatı ilə müəyyən edilmiş saxlama sistemləri, süni intellekt tətbiqləri üçün strukturlaşdırılmamış məlumatların və verilənlər dəstlərinin böyük həcmdə saxlanılması üçün idealdır. Bundan əlavə, portfelimizə məlumatların qorunması və ehtiyat həllərini də əlavə etdik. Bizim fikrimizcə, məlumatların saxlanılması və təhlil edilməsi birmənalı uğurun yalnız yarısıdır, digəri və bəlkə də daha əhəmiyyətlisi məlumatları müxtəlif təhlükələrdən (son vaxtlar yayılan şifrələyicilərdən də daxil olmaqla) qorumağı bacarmaqdır. Həmçinin biz periferik hesablama üçün həllər sırasını əhəmiyyətli dərəcədə genişləndirmişik və hiper-konvergent infrastruktur istiqamətini inkişaf etdirməyə davam edirik.
Bu gün Lenovo məlumatların saxlanması sistemlərinin tədarükçüləri arasında dünya üzrə 1-ci yeri tutur (1-4 qiymət diapazonlarında) və dünyanın ən böyük üç server istehsalçısından biridir. Eyni zamanda, superkompüterlər bazarında və AI-infrastruktur tədarükçüləri arasında liderlərdən biridir. Şirkət növbəti üç il ərzində dünya üzrə müştərilər üçün süni intellektin tətbiqinin sürətləndirilməsi üçün əlavə olaraq 1 milyard ABŞ dolları investisiya qoymağı planlaşdırır. Bundan əlavə, biz AI Innovators adlı marketpleysi işə salmışıq, bu həlləri biznesinizə tətbiq edərək öz büdcəniz hesabına inkişaf, sınaq və tənzimləmə mərhələlərini keçmədən istifadə edə bilərsiniz. Yəni, öz inkişaflarımız və AI-a yatırımlarımızla Lenovo şirkətlərə AI-ın iş proseslərinə tətbiqi zamanı bahalı səhvlərdən qaçmaqda kömək edir.
- Biznes bu gün İT-infrastrukturuna hansı tələbləri irəli sürür?
- Artan məlumat həcminin təhlili və yeni tətbiq siniflərinin tətbiqi üçün böyük miqdarda resurslar tələb olunur. Lakin şirkətlərin büdcələri çox vaxt məhdud olur, buna görə də müştərilər eyni xərclərlə biznesə daha yüksək performans təmin edən həllər axtarırlar. Daha yaxşı olar ki, təchizatçı bu xərclərin optimallaşdırılmasına da kömək etsin.
Məlumat Mərkəzlərində rəflərin çatışmazlığı və avadanlıqların yerləşdirilməsi üçün yerin məhdudluğu, kifayət qədər soyutma və elektrik enerjisinin olmaması mövcud yerin, elektrik enerjisinin və soyutmanın daha effektiv istifadəsini təmin edən çevik və universal həllərin axtarışını və tətbiqini zəruri edir.
İT-infrastrukturu getdikcə daha mürəkkəbləşir, yeni tətbiqlər və yeni iş yükləri şirkətlərin İT-personalından fərqli bacarıqlar tələb edir. Bu, avadanlıq parkının idarə edilməsinin avtomatlaşdırılmasını və xüsusi və ya hibrid buludun uyğunlaşdırılmasını təmin edən daha intellektual həllərə, daha sadə xidmətə, miqyaslanmaya, təchizatçı tərəfindən bütün mərhələlərdə dəstəyə və texniki xidmətə tələbat yaradır.
- Müasir İT infrastruktur biznesə bu vəzifələri həll etməkdə necə kömək edir?
- Rəflərdə yer çatışmazlığı problemini daha məhsuldar və enerji effektiv çiplər əsasında qurulmuş müasir serverlər həll etməyə kömək edir. Bu cür serverlər mövcud elektrik enerjisi və soyutma səviyyəsini saxlayaraq daha sıx yerləşməyə imkan verir. Məsələn, biz ilk nəsil Intel miqyaslanan prosessorları ilə işləyən əlli serveri on serverlə əvəz edə bilərik və bununla da serverlər üçün yer, elektrik enerjisi və digər resurslara qənaət edərək rəflərin sayını azalda bilərik. Bu cür həllər, əslində, eyni büdcə ilə məlumat mərkəzinin ümumi səmərəliliyini artırmağa imkan verir.
Müasir çiplərin verdiyi bütün üstünlüklər sayəsində biz daha yüksək sıxlığı təmin edə bilirik: məsələn, hər server üçün 60% daha çox VDI istifadəçisi, iki dəfə daha çox virtual maşın və hər rəfdə iki-üç dəfə daha yüksək performans əldə edirik və əlbəttə ki, AI tətbiqlərinin işlədilmə imkanını da artırırıq. Bundan əlavə, müasir infrastruktur həlləri, əgər belə bir tələbat varsa, biznesin davamlı inkişaf məsələlərini də həll etməyə kömək edir.
Həmçinin unutmaq olmaz ki, demək olar ki, hər server lisenziya ödənişləri, əməliyyat sistemlərinin və tətbiqi proqram təminatının lisenziyalaşdırılmasını tələb edir. Əgər avadanlıq daha məhsuldardırsa, hər dollar üçün daha çox performans əldə edirsiniz və bu da biznesinizi daha rəqabət qabiliyyətli edir.
Süni intellektin inkişafı ilə yüksək hesablamalı gücləri və periferik AI tətbiqlərini təmin edə bilən həllər tələb olunur. Bu serverlər tozlu yerlərdə, güclü vibrasiya və digər əlverişsiz iş şəraitində işləyə bilir. Bu cür serverlər əsasında Lenovo Barselonada ağıllı şəhər layihəsini həyata keçirmişdir.
- Müxtəlif İT cihazlarının idarə edilməsi getdikcə daha da çətinləşir. Niyə hələ də hər növ vəzifə üçün universal bir həll yoxdur?
- Hiper-konvergent həllər bu vəzifəni həll etməyə çox kömək edir - universal bir İT-infrastruktur əldə etmək mümkündür. Bu, uyğunlaşdırılmış serverlərdən ibarətdir və hesablamalı, şəbəkə və saxlama resurslarını effektiv şəkildə birləşdirərək tək bir həll yaradır və kritik tətbiqləri (o cümlədən kritik məlumat bazalarını), AI tətbiqlərini, konteyner tətbiqlərini, fayl və obyekt xidmətlərini və s. yerləşdirməyə imkan verir. Bu infrastruktur bir nəfər tərəfindən asanlıqla idarə oluna bilər, biznesin cari ehtiyaclarına uyğun olaraq miqyaslana bilər və bir təchizatçı tərəfindən xidmət edilə bilər. Lenovo-nun portfelində belə həllər mövcuddur və biz tərəfdaşlarımızla birlikdə müştərilərimizə infrastrukturlarını iqtisadi cəhətdən səmərəli etməkdə kömək edirik.