Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir

Qafar Ağayev10:59 - 12 / 06 / 2024
Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir

Azərbaycanda yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gecə İsmayıllı rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.

Hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.

Paylaş:
173

Son xəbərlər

Bütün xəbərlər