İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafar Ağayev14:20 - 14 / 06 / 2024
İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

1news.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır.

Dini bayramlar, o cümlədən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

Əziz bacı və qardaşlarım!

Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!".

Paylaş:
197

Son xəbərlər

Dolu düşüb, güclü külək müşahidə olunub - Faktiki HavaBu gün, 09:43BDU-nun müəllimi Lalə Hüseynova vəfat edibBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:20Antoni Blinken Prezident İlham Əliyevə zəng edibBu gün, 09:16Azərbaycana yay fəsli daxil olubBu gün, 08:49Bu gündən müəllimlərin sertifikatlaşdırılması imtahanı başlanırBu gün, 08:47Qərbi Azərbaycan İcması Ermənistanı qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırıb20 / 06 / 2024, 21:04Küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq - XƏRİTƏ20 / 06 / 2024, 17:51Azərbaycanın daha bir ağırlıqqaldıranı Avropa birinciliyinin qalibi olub20 / 06 / 2024, 17:47YAP-dan Milli Məclisin buraxılması ilə bağlı TƏŞƏBBÜS20 / 06 / 2024, 17:37Avadanlıqlara verilən xüsusi icazələrin sayı açıqlanıb20 / 06 / 2024, 17:29Rusiya iki nəfəri Azərbaycana ekstradisiya edib20 / 06 / 2024, 17:16Azərbaycanla İtaliya arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib20 / 06 / 2024, 17:12Bayram günlərində milli parkları ziyarət edənlərin sayı açıqlandı20 / 06 / 2024, 16:55MEDİA-nın dəstək müsabiqəsində qalib olan onlayn media subyektləri bəlli oldu - SİYAHI20 / 06 / 2024, 16:45IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Dövlət Vergi Xidmətinə həvalə edilib20 / 06 / 2024, 16:40Xidmət rəisi: İyunda havanın temperaturu iqlim normasından 4.8 dərəcə yüksək olub20 / 06 / 2024, 16:25Mingəçevirdəki çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb20 / 06 / 2024, 16:22Gəncədə qanunsuz tikili sökülüb20 / 06 / 2024, 15:58Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin biznes üçün əhəmiyyəti20 / 06 / 2024, 15:55
Bütün xəbərlər