“Bakı Gəmiqayırma Zavodu” ASCO üçün iki tanker və üç ədəd dalğıc gəmi inşa edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bakı Gəmiqayırma Zavodu” ASCO üçün iki tanker və üç ədəd dalğıc gəmi inşa edəcək

Qafar Ağayev15:36 - 14 / 06 / 2024
“Bakı Gəmiqayırma Zavodu” ASCO üçün iki tanker və üç ədəd dalğıc gəmi inşa edəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) iki ədəd neft və kimyəvi məhsullar daşıyan tanker və üç ədəd dalğıc gəmisi inşa edəcək.

1news.az bu barədə ASCO-ya istinadən xəbər verir. Bununla əlaqədar ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev və BGZ-nin İdarə Heyətinin sədri Elşad Nuriyev arasında müvafiq müqavilə imzalanıb.

Sənədə əsasən, inşa ediləcək yeni tankerlər 8 min ton yükdaşıma qabiliyyətinə malik olacaqlar. Dalğıc gəmiləri isə dənizin 45 metr dərinliyində işləmək üçün nəzərdə tutulub.

Bildirilir ki, ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin 2022-2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq inşa ediləcək gəmilər Azərbaycanda neft-qaz hasilatı istiqamətində görülən işlərdə, eləcə də neft və neft məhsullarının daşınmasında dəniz nəqliyyatı xidmətinin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayacaq.

Paylaş:
418

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər