İqtisadiyyat naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İqtisadiyyat naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

19:11 - 14 / 06 / 2024
İqtisadiyyat naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

İqtisadiyyat Nazirliyində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə növbəti görüşdə gənclərin fərdi inkişafı, idarəçilik səriştələrinin artırılması və gələcək planları müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid İsayev və Əsəd Qurbanzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

Görüşdə proqram çərçivəsində görülmüş işlər, gənclərin fərdi inkişaf sahəsində qazandıqları yeni biliklər, onların idarəçilik səriştələrinin artırılması və gələcək planları barədə fikir mübadiləsi aparılıb. İqtisadiyyat naziri gənclərin Azərbaycanın inkişafı üçün həvəslə çalışmalarını, bilik və bacarıqlarını davamlı şəkildə artırmalarını təqdir edib, gələcəyə inamlı baxışları olan yeni nəslin ölkəmiz üçün əvəzolunmaz kapital olduğunu vurğulayıb.

“Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində keçirilən görüşlərin faydasını qeyd edərək, aparılan fikir mübadiləsinin onların idarəçilik təcrübələrinin və peşəkar vərdişlərinin təkmilləşdirilməsinə böyük stimul verdiyini bildiriblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və “Yüksəliş” İctimai Birliyi tərəfindən Mentorluq proqramı çərçivəsində qaliblərin istəkləri nəzərə alınmaqla fərdi inkişaf planları hazırlanıb. Buna uyğun olaraq, mentilərin dövlət və özəl sektor, beynəlxalq konsaltinq şirkətlərinin nümayəndələri ilə görüşləri təşkil edilib, müxtəlif istiqamətlərdə maraqlı müzakirələr aparılıb. Qaliblərin fərdi inkişafına dəstək göstərmək məqsədilə onlar təlim və Nazirlik tərəfindən təşkil olunan “4SİM Talks” layihəsində iştiraka cəlb olunublar. Fərdi inkişaf planları üzrə bilik və bacarıqlarının artırılması üzrə işlər davam etdirilir.

Paylaş:
181

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər