Ədliyyə nazirinə yeni müşavir təyin edilib - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə nazirinə yeni müşavir təyin edilib - DOSYE

Qafar Ağayev12:34 - 25 / 06 / 2024
Ədliyyə nazirinə yeni müşavir təyin edilib - DOSYE

Ədliyyə nazirinin müvafiq əmri ilə Elvin Hətəmzadə nazirin müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə 1news.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Elvin Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-ın Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2012-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Respublikası Ali Məhkəməsində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.

Həmçinin 2016-2020-ci illərdə ADA Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, bir sıra elmi-tədqiqat məqalələrinin müəllifidir.

Elvin Hətəmzadə ABŞ-ın Nyu-York ştatının və Vaşinqton federal dairəsinin Vəkillər Kollegiyasının, ABŞ-ın Nyu-York ştatının Vəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasının üzvüdür.

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər