Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb

Qafar Ağayev16:20 - 27 / 06 / 2024
Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının ərazisində suyun üzərində bir nəfər qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
305

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər