Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər

Qafar Ağayev15:37 - 28 / 06 / 2024
Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər

KOB evlərinin xidmətlərindən istifadə edən sahibkarlar oraya gəlmədən onlayn növbə götürə bilərlər.

Bu barədə 1news.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilir ki. bunun üçün sahibkarlar “Android” (“GooglePlay”) və “İOS” (“AppStore”) əməliyyat sistemləri ilə çalışan mobil qurğularına “KOB növbə” tətbiqini yükləməlidir. Tətbiqi yüklədikdən sonra sahibkar şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər. Sahibkarlar “KOB növbə” tətbiqi vasitəsilə KOB evlərinə gəlmədən növbə götürə və mərkəzə daha yaxın ərazidə olduqda növbəsini aktivləşdirə bilər.

“KOB növbə” tətbiqini yükləmək üçün linklər:

İOS - https://apple.co/3xEwjyl

Android - https://bit.ly/3ROweit

“KOB növbə” tətbiqi sahibkarlara növbələrini olduqları yerdə gözləməyə və bununla da vaxtlarına qənaət etməyə imkan verir.

Qeyd edək ki, Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində orta hesabla hər gün 250-yə yaxın sahibkara xidmət göstərilir. Sahibkarlar müxtəlif qurumlara getmədən, yalnız KOB evlərinə müraciət etməklə biznes fəaliyyəti ilə bağlı zəruri xidmətləri KOB evlərində ala bilərlər. Ümumilikdə KOB evlərində sahibkarlara dövlət qurumları tərəfindən 300-dən çox (sahibkarlıq fəaliyyəti üçün zəruri olan lisenziya, icazə, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kommunal xidmətlər, biznesin maliyyələşdirilməsi və s.), özəl qurumlar tərəfindən isə 100-dən artıq (bank, sığorta, logistika, yükdaşıma xidmətləri və s.) adda xidmətlər təqdim edilir.

Paylaş:
293

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər