Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiq edildi – Elektron sistemə keçilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiq edildi – Elektron sistemə keçilir

Qafar Ağayev12:03 - 28 / 06 / 2024
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiq edildi – Elektron sistemə keçilir

Azərbaycanda şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim ediləcək.

1news.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paylaş:
403

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər