Sabah Xətai və Suraxanıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq | 1news.az | Xəbərlər
Rəsmi

Sabah Xətai və Suraxanıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Qafar Ağayev17:37 - 11 / 07 / 2024
Sabah Xətai və Suraxanıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bakının Xətai və Suraxanı rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən 1news.az-a bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərinin 10-cu kilometrdə dayaqlar üzərinə qaldırılması ilə bağlı iyulun 12-si saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M.Müşfiq, M.Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər