Şimşək çaxıb, leysan yağıb - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimşək çaxıb, leysan yağıb - Faktiki hava

Qafar Ağayev10:26 - 11 / 07 / 2024
Şimşək çaxıb, leysan yağıb - Faktiki hava

İyulun 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Ordubad, Balakən, Culfa, Beyləqan, Füzuli, Naxçıvan, Gəncə, Ceyrançöl, Qax, Daşkəsən, Sabirabadda 2 mm-dək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 17 m/s, Naxçıvanda isə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda 30 dərəcəyədək isti olub.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər