Yeganə Hacıyeva: Azərbaycan yeni çağırışlara cavab verən parlament formalaşdırmaq mərhələsindədir | 1news.az | Xəbərlər
Siyasət

Yeganə Hacıyeva: Azərbaycan yeni çağırışlara cavab verən parlament formalaşdırmaq mərhələsindədir

16:13 - 12 / 08 / 2024
Yeganə Hacıyeva: Azərbaycan yeni çağırışlara cavab verən parlament formalaşdırmaq mərhələsindədir

“Regionda və dünyada gedən proseslər ölkələr üçün öz daxili və xarici siyasətlərinə yenidən baxmaq, korrektələr etmək zərurəti yaradıb”.

1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

"Azərbaycan da aparıcı ölkələrdən biri kimi, bu prosesləri diqqətlə təqib edir. Bu gün Azərbaycan yeni çağırışlara cavab verən parlament formalaşdırmaq mərhələsindədir. Diqqət yetirsək, qonşu ölkələrdə, yaxın və uzaq regionlarda da bir seçki trendinin olduğunu görərik. Yeni şərtləri vaxtında dəyərləndirib özünün qanunverici orqanını zamanın tələblərinə uyğunlaşdıran ölkələrin siyasətləri daha uğurlu olacaq”, deyə Y.Hacıyeva bildirib.

Politoloq bildirib ki, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri yerli və beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir: “ATƏT-in Demoktatik Təsisatlar və İnsan Haqları Bürosundan, ATƏT-in Parlament Assambleyasından, həmçinin, Azərbaycanın digər beynəlxalq tərəfdaşlarından təşəbbüslər gəlməkdədir. Azərbaycan da bu təşəbbüsləri dəyərləndirir”.

Yeganə Hacıyeva qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində parlament seçkiləri üzrə səsvermənin ilk dəfə keçirilməsi çox önəmli məsələdir: “İndiyədək Milli Məclisdə işğal olunmuş ərazilərdən təmsilçilik olub. Amma seçildikləri ərazilərə gedə bilməyən, oranın problemləri ilə tam miqyasda məşğul ola bilməyən təmsilçilik var idi. Həmin ərazilərin seçiciləri məcburi köçkün idi. Bu seçkilər isə nominal iştirakçılıqdan funksional iştirakçılığa keçən mərhələdir”.

Paylaş:
439

Son xəbərlər

FHN avtonəqliyyat vasitələri sürücülərinə müraciət edibBu gün, 09:42Bakıda növbəti təhlükəsizlik forumu keçirilibBu gün, 09:26Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edibBu gün, 09:23Bakının bu rayonunda qaz olmayacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:10ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edibBu gün, 09:00Bakının tıxac olan yolları - SİYAHIBu gün, 08:59“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb16 / 09 / 2024, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib16 / 09 / 2024, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar16 / 09 / 2024, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı16 / 09 / 2024, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb16 / 09 / 2024, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib16 / 09 / 2024, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var16 / 09 / 2024, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb16 / 09 / 2024, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram16 / 09 / 2024, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub16 / 09 / 2024, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib16 / 09 / 2024, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıb16 / 09 / 2024, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub16 / 09 / 2024, 14:19
Bütün xəbərlər