Zaur Məmmədov: “Milli Məclisin yeni tərkibinin üzərinə çox böyük məsuliyyət düşür” | 1news.az | Xəbərlər
Siyasət

Zaur Məmmədov: “Milli Məclisin yeni tərkibinin üzərinə çox böyük məsuliyyət düşür”

17:54 - 14 / 08 / 2024
Zaur Məmmədov: “Milli Məclisin yeni tərkibinin üzərinə çox böyük məsuliyyət düşür”

“Parlamentin bir neçə funksiyası var. Onların təməlində qanunvericilik, eyni zamanda, cəmiyyəti təmsil etmək missiyası dayanır. Bu gün isə Milli Məclisə seçiləcək insanların qarşısında ikiqat artıq məsuliyyəti yaranır. Çünki Azərbaycan mühüm regional və beynəlxalq proseslərə qoşulub”.

1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, bu gün Azərbaycan regionda sürətlə inkişaf edən, güclü dövlətlərdən biridir: “Belə olan təqdirdə, əlbəttə ki, parlamentarilər də mövcud reallıqlarla ayaqlaşmalı, yeni çağırışlara cavab verən addımlar atmağı bacarmalıdırlar. Parlamentlərarası əlaqələr üzrə işçi qruplarında, ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsilçilik üçün dil bilgiləri, ünsiyyət bacarığı və intellektual potensial olduqca vacibdir”.

Politoloq qeyd edib ki, Azərbaycan dövləti parlament seçkisinin demokratik formada, təhlükəsiz şəraitdə keçməsi üçün bütün şərtləri təmin edib: “Seçicilərin onları layiqli təmsil edə biləcək namizədi müəyyənləşdirib səs vermələri üçün hər cür şərait yaradılıb. İnanırıq ki, Azərbaycanın bütün rayonlarında və şəhərlərində, seçki dairələrində və məntəqələrində xalq səsverməyə gedəcək, orada istədiyi namizədə səs verəcək”.

Paylaş:
578

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər