Neftçalada 4 otaqlı ev yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada 4 otaqlı ev yanıb

15:36 - 27 / 08 / 2024
Neftçalada 4 otaqlı ev yanıb

Neftçala rayonunun Kürkənd kəndində yanğın olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 144 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 111 m² sahədə, bitişik sahəsi 408 m² olan talvarın taxta atmaları 110 m² sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər