Bahar Muradova: Erkən evliliklə mübarizədə dini qurumların iştirakı önəmlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bahar Muradova: Erkən evliliklə mübarizədə dini qurumların iştirakı önəmlidir

Qafar Ağayev11:09 - Bu gün
Bahar Muradova: Erkən evliliklə mübarizədə dini qurumların iştirakı önəmlidir

“Erkən evlilik qızların gələcəyini, sağlamlığını, şəxsi inkişafını və həyatlarını sərbəst müəyyənləşdirmək imkanlarını məhdudlaşdıran sosial problemdir”.

1news.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransın açılış nitqində deyib.

O bildirib ki, hər bir qızın təhsil almaq, sağlam və təhlükəsiz mühitdə böyümək, öz gələcəyi ilə bağlı qərarların verilməsində iştirak etmək hüququ var və bu hüquq dövlət tərəfindən qorunmalıdır.

B.Muradova qeyd edib ki, erkən evliliklə mübarizədə maarifləndirmə tədbirlərinin, cəmiyyətin və aidiyyəti qurumların birgə fəaliyyətinin əhəmiyyəti böyükdür.

“Bu istiqamətdə din xadimlərinin və dini qurumların da mühümdür. Hesab edirəm ki, din xadimlərinin, dini qurumların bu istiqamətdə də müəyyən rolu və təsirli gücü vardır və biz bunu birlikdə həyata keçirməliyik", – deyə o bildirib.

B.Muradova vurğulayıb ki, erkən evlilik və digər zərərli halların qarşısının alınması üçün qızların təhsil hüququnun qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi, eləcə də gələcəkləri ilə bağlı sərbəst qərar vermək imkanlarının dəstəklənməsi vacibdir.

O, həmçinin zorakılığa qarşı mübarizənin yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalı, sosial və mənəvi səbəblərin aradan qaldırılmasını da əhatə etməli olduğunu qeyd edib.

Paylaş:
44

Son xəbərlər

Bütün xəbərlər