“İndiyədək Azərbaycan İlahiyyat İnstitutunu 145 qadın bitirib” | 1news.az | Xəbərlər
Siyasət

“İndiyədək Azərbaycan İlahiyyat İnstitutunu 145 qadın bitirib”

1news Redaksiyası10:51 - Bu gün
“İndiyədək Azərbaycan İlahiyyat İnstitutunu 145 qadın bitirib”

“Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 98 qız tələbə təhsil alır”.

1news.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransın açılış nitqində deyib.

O bildirib ki, qadınların sağlam və akademik əsaslara söykənən dini təhsil almaq imkanlarının genişləndirilməsi Komitənin fəaliyyətinin əsas istiqamətlərindən biridir.

R.Məmmədovun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutunda hazırda 318 tələbə təhsil alır ki, onlardan 98-i qızdır. 

“Eyni zamanda, daha 4 qız tələbə magistratura səviyyəsində təhsilini davam etdirir. İndiyədək bu ali təhsil ocağından bakalavriat səviyyəsi üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə isə 1 nəfər olmaqla, ümumilikdə 145 qadın məzun olub. Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız tələbə təhsilini davam etdirir, bu günədək 4 qız məzun olub", – deyə komitə sədri qeyd edib.

O bildirib ki, institutda tələbələrin akademik nailiyyətlərinin təşviqi də diqqətdə saxlanılır.

Belə ki, 2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün "Seyid Yəhya Bakuvi", "Məhəmməd İrəvani" və "Həmzə Nigari" adına təqaüd proqramları təsis edilib.

Komitə sədri qeyd edib ki, proqramların qalibləri sırasında qız tələbələrin də yer alması onların akademik göstəricilərinin və intellektual potensialının təşviqinə verilən diqqətin nümunəsidir.

R.Məmmədov, həmçinin institutda təhsil alan qız tələbələrin sosial inteqrasiyasını gücləndirmək, erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıq kimi məsələlərdə maarifləndirmə təşəbbüslərini stimullaşdırmaq məqsədilə "Xurşidbanu Natəvan" təqaüdünün təsis edildiyini bildirib.

Qafar Ağayev

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər