Konstitusiya Məhkəməsində MDB müşahidəçiləri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Konstitusiya Məhkəməsində MDB müşahidəçiləri ilə görüş keçirilib

Qafar Ağayev17:06 - 31 / 08 / 2024
Konstitusiya Məhkəməsində MDB müşahidəçiləri ilə görüş keçirilib

Avqustun 31-də Konstitusiya Məhkəməsində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri ilə görüş keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qonaqlara seçki prosesində Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verən sədr Fərhad Abdullayev bildirib ki, cəmiyyət və hüquqi dövlət inkişaf etdikcə seçki prosesi də inkişaf edərək təkmilləşir.

Sədr, həmçinin görüş iştirakçılarına Konstitusiya Məhkəməsinin növbədənkənar parlament seçkiləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib.

Görüş zamanı Azərbaycan Prezidentinin sorğusu əsasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı 21 iyun 2024-cü il tarixli müvafiq Qərarının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair qəbul edilmiş Plenumun Qərarında əks edilmiş hüquqi mövqelər haqqında ətraflı bəhs olunub.

Qeyd edilib ki, respublikamızın ərazi bütövlüyü və dövlət suverenliyi təmin edildikdən sonra ölkənin bütün ərazisində ilk dəfə olaraq parlament seçkiləri keçiriləcək. Bu ilin noyabr ayında keçiriləcək mötəbər beynəlxalq tədbirlər zamanı Milli Məclisin ölkənin ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlamentin yeni çağırışının tam formalaşdırılması və vətəndaşların seçki hüququnun realizəsinin təmin edilməsi baxımından növbədənkənar parlament seçkilərinin sentyabrın 1-də keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilərinin rəylərinin və təkliflərinin seçki prosesi üçün vacibliyi vurğulanıb.

Qonaqlar bildiriblər ki, növbədənkənar parlament seçkiləri ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

Görüş zamanı parlament seçkiləri ilə bağlı hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qanunvericilikdə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə toxunulub.

Fərhad Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.

Paylaş:
170

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər