Məzahir Pənahov: Pozuntu kimi bizə təqdim edilən faktlar ətraflı araşdırılacaq | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Pənahov: Pozuntu kimi bizə təqdim edilən faktlar ətraflı araşdırılacaq

10:20 - 02 / 09 / 2024
Məzahir Pənahov: Pozuntu kimi bizə təqdim edilən faktlar ətraflı araşdırılacaq

Bizə müraciətlər daxil olub, amma informativ xarakter daşıyır.

1news.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

"Nə qədər müraciət daxil olsa, araşdırılacaq. Pozuntu kimi bizə təqdim edilən faktlar ətraflı araşdırılacaq. Missiyasını başa çatdırmamış beynəlxalq müşahidəçiləri və qurumları da araşdırma prosesinə dəvət edəcəyik", - MSK sədri qeyd edib.

M.Pənahov bildirib ki, bu gündən etibarən dairə seçki komissiyalarının protokolları MSK-ya daxil olmağa başlayacaq.

"İki gün müddətində bütün 125 seçki dairəsindən DSK-nın protokolları MSK-ya daxil olduqdan sonra MSK-nın üzvləri, işçi və ekspert qrupları bu sənədləri araşdıracaq. MSK-ya əgər hansısa müraciət, şikayət daxil olubsa, onların hamısı araşdırılacaq. MSK bu proseslərə ən geci 20 gün müddətində yekun vuracaq. Araşdırmalar başa çatdıqdan sonra MSK qərar qəbul edəcək və daxil olmuş bütün sənədlər MSK-nın və DSK-ların protokolları ilə birlikdə Konstitusiya Məhkəməsinə təqdim olunacaq”, - MSK sədri əlavə edib.

Paylaş:
267

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər