QDİƏT PA-nın Albaniyadan olan üzvü: Seçki prosesində təşkilatçılıq yüksək səviyyədə idi
Parlament seçkilərində ixtisaslaşmasaq da, seçki prosesini yaxından izləyə bildik.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Albaniyadan olan üzvü Petro Koçi deyib.
O qeyd edib ki, təşkilatın nümayəndələri Mərkəzi Seçki Komissiyasında (MSK), həmçinin məntəqələrdə müşahidə aparıb:
"Təşkilatçılıq yüksək səviyyədə idi. Biz MSK sədri ilə də görüşüb təşəkkürümüzü bildirdik. Qeyd etmək istəyirik ki, 37% seçici fəallığı var idi. Seçici azlığı təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində olur. Bunun üçün siyasi debatların sayı daha da artırılmalıdır ki, seçicilər daha çox fəallıq göstərsinlər".
632