Türkiyə səfiri: Parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə səfiri: Parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir

10:32 - 02 / 09 / 2024
Türkiyə səfiri: Parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir

Azərbaycanın bütün ərazisində keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sosial şəbəkədə yazıb.

“Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.

Ümid edirik ki, seçkilərin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq”, – o qeyd edib.

Paylaş:
390

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər