Ayxan Hacızadə Avropa İttifaqını Azərbaycanın daxili işlərinə uğursuz müdaxilədən çəkinməyə çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Ayxan Hacızadə Avropa İttifaqını Azərbaycanın daxili işlərinə uğursuz müdaxilədən çəkinməyə çağırıb

16:41 - 03 / 09 / 2024
Ayxan Hacızadə Avropa İttifaqını Azərbaycanın daxili işlərinə uğursuz müdaxilədən çəkinməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqını (Aİ) Azərbaycanın daxili işlərinə uğursuz müdaxilələr həyata keçirməməyə çağırıb.

1news.az xəbər verir ki, bu barədə XİN rəsmisi "X"də yazıb.

"Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilələrinin uğursuz olduğunu anlamağa və bəzi Aİ dövlətlərinin daxili problemlərinə diqqət yetirməyə çağırırıq", - o qeyd edib.

Paylaş:
509

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər