Pirşağıda 2400-ə yaxın abonentin sayğacla təmin olunması planlaşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pirşağıda 2400-ə yaxın abonentin sayğacla təmin olunması planlaşdırılır

17:47 - 04 / 09 / 2024
Pirşağıda 2400-ə yaxın abonentin sayğacla təmin olunması planlaşdırılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti içməli sudan istifadənin dəqiq hesabatının aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu qurumun Sabunçu rayon üzrə Nəzarət Ölçü Cihazları İdarəsinin mühəndis qrup rəhbəri Pərviz İbrahimov bildirib.

O qeyd edib ki, abonentlərin, xüsusilə də həyət evlərinin sayğaclaşdırılması mühüm əhəmiyyət daşıyır və hazırda Bakının bir sıra qəsəbələrində bu kimi evlərin sayğacla təmin edilməsi işləri aparılır.

“Azərbaycan Prezidentinin “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının, eləcə də “Su Ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə sayğaclaşma işləri sürətləndirilib. Hazırda Sabunçu rayonu, Pirşağı qəsəbəsində abonentlərin mövcud su xəttinə sayğacların quraşdırılması işləri həyata keçirilir. Nəzarət Ölçü Cihazları İdarəsi 2400-ə yaxın abonentin sayğaclarla təmin olunmasını planlaşdırıb”, - deyə Pərviz İbrahimov bildirib.

P.İbrahimovun sözlərinə görə, kompleks tədbirlər planı üzrə işlərin 20 faizi yekunlaşıb. Prosesin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur: “Quraşdırılan sayğacların hər biri mühafizə qutusu ilə təmin olunur, su boruları izolyasiya edilərək abonentlərə təhvil verilir. Görülən tədbirlər qış mövsümündə sayğac və boruların donmamasına müsbət təsirini göstərəcək. Qurumun apardığı təhlillər göstərir ki, sayğacların quraşdırılması su itkilərinin qarşısının alınmasına, əhalinin fasiləsiz su ilə təminatına, suyun səmərəli istifadə edilməsinə səbəb olacaq. Əhali qrupu abonentləri üzrə sayğacların quraşdırılması dövlət vəsaiti hesabına aparılır və ödəniş tələb olunmur. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən abonentlərin 92,08 faizi sayğacla təmin olunub, əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 91,79 faiz, qeyri-əhali qrupu üzrə isə 98,31 faiz təşkil edir”, - deyə Pərviz İbrahimov vurğulayıb.

Paylaş:
313

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər