Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır

Qafar Ağayev10:28 - 05 / 09 / 2024
Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır

Füzuli rayonunun işğaldan azad olunmuş Qoçəhmədli kəndindəki məscidin bərpasına başlanılacaq.

1news.az xəbər verir ki, bu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında imzalanan "Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nda nəzərdə tutulub.

Sənədi Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova imzalayıblar.

Anlaşma Memorandumunun imzalanması Azərbaycan ərazisində yerləşən və dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması, bərpa və konservasiyası, müvafiq istiqamətdə təlimlərin təşkili, eləcə də mədəni irs sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədini daşıyır.

Memoranduma əsasən, Fond ilkin olaraq, Füzulinin Qoçəhmədli kəndindəki məscidin bərpasına dəstək göstərəcək.

İmzalanma mərasimində qardaş türk respublikaları ilə bütün sahələrdə münasibətlərin inkişafı, xüsusilə də mədəni əlaqələrin möhkəmlənməsinin sevindirici hal olduğu vurğulanıb. Qeyd olunub ki, Türk Mədəniyyəti və İrsi Fondu da bu istiqamətdə fəal rol alaraq, türk xalqlarının mədəniyyətinin və mədəni irsinin qorunması, təbliği və tanıdılması sahəsinə töhfələr verməkdədir. Azərbaycanın da bu sahəyə xüsusi dəstək göstərdiyi vurğulanaraq qarşıdakı illərdə əməkdaşlığın daha da dərinləşəcəyinə inam ifadə olunub.

Paylaş:
148

Son xəbərlər

Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40
Bütün xəbərlər