“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib

Qafar Ağayev14:07 - 09 / 09 / 2024
“Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib

Dünya üzrə şirkətlərin 90%-dən çoxu kiçik və orta bizneslərdir.

KOB-lar dünyada məşğulluğun 70%-ni, ümumi daxili məhsulun 50%-ni təmin edir. KOB-ların ətraf mühitə fərdi təsiri nisbətən kiçik olsa da, qlobal miqyasda istixana qazı emissiyasının 50%-i, biznes sektorunun enerji istifadəsinin isə 30–60%-i onların payına düşür. Milyonlarla KOB-un yaşıl iqtisadiyyata keçidi iqlim dəyişiklikləri ilə qlobal mübarizəyə öz müsbət töhfəsini verə bilər.

Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6%-ni KOB subyektləri təşkil edir.

1news.az xəbər verir ki, KOB-ların iqlim dəyşiklikləri ilə mübarizəyə, yaşıl iqtisadiyyata keçidə verə biləcəkləri töhfəni bir daha diqqətə çatdırmaq, bu sahədə görüləcək birgə tədbirləri müzakirə etmək məqsədilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib. İqtisadiyyat, ekologiya və təbii sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların və sahibkarların ictimai birliklərinin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov və ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxışlarında yaşıl iqtisadiyyatın dayanıqlı inkişafda rolu, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən milli prioritetlərdən olan "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" prioriteti üzrə görülən tədbirlər, ekoloji təmiz texnologiyaların tətbiqi və yaşıl istehsalın artırılması, təkrar emal, çirklənmiş ərazilərin bərpasının təşviqi üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər. Qeyd olunub ki, Azərbaycanda KOB subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu artmaqdadır. KOB-lar ÜDM-nin artmasına, məşğulluğa, azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına mühüm töhfələr verir. Yeni dönəmdə yaşıl iqtisadiyyatın inkişafında da KOB-lar öz sözünü deməlidir. Bu istiqamətdə KOB subyektlərindən gözləntilər enerjiyə qənaət edən texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrindən istifadə yolu ilə enerji səmərəliliyinə nail olmaq, tullantıların təkrar emalı, tullantı miqdarının azaldılması və ekoloji təmiz materiallardan istifadə olunması, özəl sektorun sosial layihələrdə aktiv iştirakı, ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin istehsalı və sairdir. Konfransda BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Dünya İqlim Fondunun İdarə Heyətinin sədri Cens Nilsen çıxış ediblər.

KOB-ların yaşıl transformasiyası milli və qlobal səviyyədə maraqlı tərəflərin birgə fəaliyyəti nəticəsində mümkündür. Bu zərurətdən irəli gələrək KOBİA tərəfindən KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək üçün qlobal təşəbbüs irəli sürülüb və bu, KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiyası Bəyannaməsində öz əksini tapıb. Tədbir çərçivəsində müvafiq bəyannamə COP29-un prezidentinə təqdim edilib.

Tədbirdə KOBİA və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında KOB-ların yaşıl keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ACWA Power Azerbaijan Renewable Energy” MMC-nin direktoru Səlim Güven tərəfindən imzalanmış sənəd kiçik və orta sahibkarlıq subyketlərinin yaşıl iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur.

Konfransda BMT-nin Qlobal Sazişi tərəfindən korporativ dayanıqlılıq mədəniyyətinin təşviqində fəal iştirakına görə KOBİA-ya sertifikat təqdim edilib.

Tədbir “KOB subyektlərinin yaşıl iqtisadiyyata keçidinin zərurəti” və “İqlim maliyyəsi və KOB-lar” mövzularında panel iclaslarla davam edib.

Paylaş:
210

Son xəbərlər

Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTOBu gün, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıbBu gün, 15:50Ağdaşda kanaldan meyit tapılıbBu gün, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıbBu gün, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıbBu gün, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil veribBu gün, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıbBu gün, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:02Sabahın hava proqnozuBu gün, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülübBu gün, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdürBu gün, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilirBu gün, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilibBu gün, 10:52Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10Xəzər İnşaat Həftəsi öz işinə start verdiBu gün, 09:48Səbail rayonunda intihara cəhd edən şəxs xilas olunub - VİDEOBu gün, 09:25Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHIBu gün, 09:08Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07
Bütün xəbərlər