Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib

16:36 - 09 / 09 / 2024
Qazaxıstan Prezidenti İlham Əliyevə zəng edib

Sentyabrın 9-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

1news.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti, ilk növbədə, ölkədə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycan Respublikası Prezidentinin iştirakını xüsusi qeyd edib.

Prezident İlham Əliyev Məşvərət görüşünə dəvətə görə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı hazırda Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunlarının uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qazaxıstan Prezidenti öz növbəsində Azərbaycan idmançılarının bu Oyunlarda fəal iştirak etdiklərini vurğulayıb.

Bu ay Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də məmnunluqla qeyd olunub.

Tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.

Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
246

Son xəbərlər

Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilirBu gün, 11:31Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşübBu gün, 11:13İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edibBu gün, 11:11“Biznesin müflisləşməsi” İşçi qrupunun auditorlarla görüşü keçirilibBu gün, 11:05Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 10:50Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:49“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!Bu gün, 10:30Qərbi Azərbaycan İcmasından ABŞ-nin Azərbaycana qarşı mövqeyinə CAVABBu gün, 10:26Kamaləddin Qafarov: “Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb”Bu gün, 10:24“İçərişəhər” beynəlxalq mükafatın qalibi olub - FOTOBu gün, 10:05Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair yol xəritəsini müəyyənləşdiriblərBu gün, 09:49Azərbaycan nefti bahalaşıbBu gün, 09:49DİN Füzülidə əməliyyat keçirdi - 3 kiloqramdan çox tiryək aşkarlandıBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Bu gün Cəbrayılın düşmən tapdağından azad edilməsindən 4 il ötürBu gün, 09:22Zakir Həsənov Türkiyəyə işgüzar səfər edibBu gün, 09:16Ermənistanın Gəncəyə ilk raket hücumundan 4 il ötürBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə edilirBu gün, 08:59Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb03 / 10 / 2024, 17:50Sergey Narışkin Bakıda səfərdədir03 / 10 / 2024, 17:44
Bütün xəbərlər