Prezident “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİB

14:58 - 13 / 09 / 2024
Prezident “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan “Vista Equity Partners” şirkəti ilə uğurlu əməkdaşlığını müsbət qiymətləndirərək, tərəfdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirdi. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini qeyd edən Azərbaycan Prezidenti Fondun aktivlərinin qeyri-sabit maliyyə bazarları mühitində də artdığını vurğuladı.

Robert Smit Azərbaycanın investisiya potensialını yüksək qiymətləndirdiyini deyərək, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdi. Qonaq Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uzunmüddətli və uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, bu əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıdığını dedi və gələcəkdə mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.

Qeyd edək ki, 2000-ci ildə ABŞ-də təsis olunmuş və mərkəzi ofisi Texas ştatının Ostin şəhərində yerləşən “Vista Equity Partners” şirkətinin, həmçinin Nyu-York, San Fransisko, Çikaqo və Çin Xalq Respublikasının Honq-Konq şəhərində ofisləri mövcuddur. Şirkətin özəl səhmlər və özəl kredit fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 100 milyard ABŞ dolları təşkil edir. “Vista Equity Partners” 24 illik tarixi ərzində 275 milyard dollar dəyərində 585-dən çox investisiya layihəsi həyata keçirib.

14:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.

Paylaş:
352

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər