Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb

13:46 - 14 / 09 / 2024
Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb

Sentyabrın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın xəbərinə görə, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və birgə səyləri ilə dövlətlərarası münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı vurğulanıb.

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib. Bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan ötən ilin oktyabr ayında Şuşada Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının təsis edilməsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov görüşdə iştirak edib.

Paylaş:
202

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilibBu gün, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşibBu gün, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladıBu gün, 13:12KOB-ların maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edilirBu gün, 12:54“28 May” metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında yeni marşrut xətti açıldıBu gün, 12:398 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir - FOTOBu gün, 12:32I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilibBu gün, 12:28Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıbBu gün, 12:14İş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:0227 dərəcəyədək isti olacaq - Sabahın havası açıqlandıBu gün, 11:50Sentyabrın 18-i Milli Musiqi GünüdürBu gün, 11:42Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilibBu gün, 11:26FHN İsmayıllıda obyektin fəaliyyətini dayandırıbBu gün, 11:18NİİM hazırda sıxlıq müşahidə olunan yolların siyahısını açıqladıBu gün, 11:13Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilə bağlı qərarını açıqladıBu gün, 11:01Azərbaycan nefti bahalaşıbBu gün, 10:51Daha dörd I Qarabağ müharibəsinin itkin şəhidi dəfn ediləcəkBu gün, 10:37Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edibBu gün, 10:25“McDonald’s Azərbaycan” və DSMF bütün ölkə üzrə şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib - FOTOBu gün, 10:16Hizbullaha aid peycərlərin partladılmasının arxasında Mossadın var? - İDDİABu gün, 10:11
Bütün xəbərlər