Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT

Qafar Ağayev17:53 - 17 / 09 / 2024
Ali Məhkəmədən hüquqşünaslara MÜRACİƏT

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 25 oktyabr tarixində keçirilməsi planlaşdırılır.

Ali Məhkəmədən 1news.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” cinayətinin cinayət-hüquqi xarakteristikası mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub. Mövzu ilə əlaqədar aşağıdakı məsələlərin təhlili nəzərdə tutulub:

1. Cinayət tərkibinin obyektiv və subyektiv əlamətləri;

2. Cinayət əməlinin oxşar cinayət tərkibləri ilə, xüsusilə rüşvət alma, rüşvət vermə və dələduzluq cinayətləri ilə müqayisəli təhlili;

3.Cinayət əməlinin hüquqi tənzimləmə mexanizminin inkişaf etdirilməsi yolları.

Mövzunun hazırlanması və müzakirəsi zamanı məsələyə aidiyyəti olan Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin, sahəvi qanunvericiliyin müddəaları, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumunun müvafiq qərarları, oxşar cinayət-hüquqi normaları olan ölkələrin qanunvericiliyi və məhkəmə təcrübəsinin vahidliyini təmin edən mənbələri nəzərdən keçirilməli, eləcə də Ali Məhkəmənin, respublikanın digər məhkəmələrinin təcrübəsində olmuş konkret işlərdən, hüquq elminin nailiyyətlərindən istifadə olunmalıdır. Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 14 oktyabr 2024-cü il tarixinədək [email protected] elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Eyni zamanda mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.

Paylaş:
126

Son xəbərlər

Bakıda BOSS Kids Wear uşaq geyim mağazası açılıb – FOTOBu gün, 10:15Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıbBu gün, 09:56Prezident Hadrutun azad olunmasının 4 ili ilə bağlı paylaşım edibBu gün, 09:37AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:12Bakıda tıxac olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:04Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİB08 / 10 / 2024, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir08 / 10 / 2024, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTO08 / 10 / 2024, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb08 / 10 / 2024, 14:32Çərşənbə gününün hava proqnozu08 / 10 / 2024, 12:49
Bütün xəbərlər