​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO

18:57 - 17 / 09 / 2024
​​​​​​​Azərbaycan-İraq biznes forumu keçirilib - FOTO

Bakıda keçirilən Azərbaycan-İraq biznes forumunda iş adamları arasında fəaliyyətin əlaqələndirilməsi, özəl sektor, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq potensialının genişləndirilməsi barədə müzakirələr aparılıb, Azərbaycan - İraq Biznes Şurasının yaradılması haqqında razılaşma imzalanıb.

Bakıda İqtisadiyyat Nazirliyi və İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov zəngin tarixə malik Azərbaycan-İraq əlaqələrinin dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, iki ölkə arasında siyasi, sosial, turizm və nəqliyyat sahələrini əhatə edən saziş və anlaşma memorandumlarının imzalanması tərəfdaşlığı daha da gücləndirib. Bu ilin yanvar-iyul aylarında Azərbaycan-İraq ticarət dövriyyəsində 49%-lik artım qeydə alınıb. Bu gün 170-ə yaxın İraq şirkəti Azərbaycanda müxtəlif sektorlar üzrə fəaliyyət göstərir. Azərbaycan şirkətləri İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və bu ölkədə inşaat, enerji, su təchizatı, yol və körpülərin tikintisinə tələbin mövcudluğu şirkətlərin İraqda fəaliyyəti üçün yeni imkanlar açır. İqtisadiyyat naziri ölkəmizin nəqliyyat-tranzit imkanları, sənaye zonalarında yaradılmış şərait, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq edilən güzəştlərlə bağlı məlumat verib.

İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri iki ölkə arasında tarixi bağların olduğunu və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib. Nazir ölkəsində geniş iqtisadi islahatların aparıldığını və əlverişli investisiya mühiti yaradıldığını diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan və İraq işgüzar dairələri arasında əlaqələrin önəmini qeyd edib, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

İraqın Ticarət Palataları Federasiyasının prezidenti Əbdülrəzaq Əl-Zuheyri təmsil etdiyi qurumun fəaliyyəti, İraqın investisiya mühiti və iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə Agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində İraqın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

İraq-Azərbaycan Biznes Şurasının sədri Məhəmməd Əl-Davudi işgüzar dairələr arasında keçirilən görüşlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsindəki əhəmiyyətini vurğulayıb. İki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə nəqliyyat-logistika və digər sahələr üzrə müəyyən anlaşmaların əldə edilməsinin vacibliyini qeyd edib.

Forumda biznes nümayəndələri arasında fəaliyyətin əlaqələndirilməsi, özəl sektorda, ticarət, enerji və turizm sahələrində əməkdaşlıq potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.

Azərbaycan – İraq biznes forumu çərçivəsində KOBİA ilə İraq Ticarət Palataları Federasiyası arasında Azərbaycan - İraq Biznes Şurasının yaradılması haqqında razılaşma sənədi imzalanıb. Biznes Şuranın sahibkarlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma rolunu oynamaqla, iqtisadi əlaqələrin gücləndirilməsi və ticarət imkanlarının artırılması istiqamətində mühüm addım olacağı qeyd olunub.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.

Paylaş:
170

Son xəbərlər

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıbBu gün, 09:56Prezident Hadrutun azad olunmasının 4 ili ilə bağlı paylaşım edibBu gün, 09:37AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:12Bakıda tıxac olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:04Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİB08 / 10 / 2024, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir08 / 10 / 2024, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTO08 / 10 / 2024, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb08 / 10 / 2024, 14:32Çərşənbə gününün hava proqnozu08 / 10 / 2024, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıb08 / 10 / 2024, 12:25
Bütün xəbərlər