İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

13:20 - 17 / 09 / 2024
İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif səviyyələrdə məmnunluq hissi doğurduğunu deyərək siyasi, iqtisadi, enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı.

Azərbaycanın gözəl ölkə olduğunu və buraya səfərindən sevinc hissi duyduğunu bildirən səfir, ilk növbədə, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun salamlarını dövlət başçısına çatdırdı. O qeyd etdi ki, Əlcəzair prezidenti dövlətimizin başçısı ilə dostluğunu yüksək qiymətləndirir. 2022-ci ildə Azərbaycan Prezidentinin Əlcəzairə səfərinin əlaqələrimizin tarixində yeni səhifə olduğunu deyən Zəkiyyə İğıl vurğuladı ki, Abdelmacid Tebbun Əlcəzairdə keçirilən prezident seçkilərində qələbəsi ilə bağlı dövlət başçısının ona təbrik məktubuna görə minnətdarlığını ifadə edir və Azərbaycan ilə münasibətləri daha da möhkəmləndirmək əzmindədir.

Səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlədirilməsi istiqamətində səylərini əsirgəməcəyini dedi.

Əlcəzair Prezidentinin salamlarına görə minnətdarlığını bildirən dövlət başçısı, onun da salamlarını Abdelmacid Tebbuna çatdırmağı xahiş etdi və Prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırdı.

Dövlət başçısı Əlcəzairə səfərini məmnunluqla xatırlayaraq bu səfərin ölkələrimiz arasında sıx əməkdaşlığı bir daha nümayiş etdirdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan və Əlcəzair arasında beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirdi və Azərbaycanın beynəlxalq təşkilatlarda daim səmərəlilik prinsipindən çıxış etdiyini dedi.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində Əlcəzairin ölkəmizə göstərdiyi dəstəyə və həmrəyliyə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev ölkələrin suverenliyi, ərazi bütövlüyü, çoxtərəflilik və neokolonializmlə mübarizə məsələlərinin vacibliyinə toxundu.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Əlzəcairə səfəri zamanı Milli Mücahidlər Muzeyini ziyarət etdiyini xatırladan dövlət başçısı qeyd etdi ki, Əlcəzair xalqına qarşı törədilmiş cinayətlər və vəhşiliklərlə bağlı orada gördükləri onda xüsusi heyrət doğurub.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə və hazırda da keçmiş imperiyaların müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqların azadlığı və suverenliyi işinə dəstək verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Enerji sahəsində əməkdaşlıq məsələsinə toxunan dövlət başçısı ölkələrimizin Avropa qitəsinə mühüm qaz ixracatçısı olduqlarını dedi və OPEC+ çərçivəsində yaxından əməkdaşlığın aparılmasından məmnunluğunu ifadə etdi.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdıran səfir Azərbaycanın bu mühüm tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirdi.

10:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabr 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
269

Son xəbərlər

Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıbBu gün, 09:56Prezident Hadrutun azad olunmasının 4 ili ilə bağlı paylaşım edibBu gün, 09:37AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:12Bakıda tıxac olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:04Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİB08 / 10 / 2024, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir08 / 10 / 2024, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTO08 / 10 / 2024, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb08 / 10 / 2024, 14:32Çərşənbə gününün hava proqnozu08 / 10 / 2024, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıb08 / 10 / 2024, 12:25
Bütün xəbərlər