Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçirib

Qafar Ağayev15:06 - 23 / 09 / 2024
Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçirib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət, enerji, investisiya, sənaye, humanitar və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələri tərəfdaş ölkələrin enerji təminatına töhfə verir və bu kontekstdə enerji əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, energetika sektorunda birgə fəaliyyət, əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi kimi məsələləri müzakirə ediblər. Görüşdə Bakıda keçiriləcək Azərbaycan ilə Slovakiya arasında İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası və biznes foruma hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
184

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər