Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək
Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qazın verilməsində fasilələr yaranacaq.
1news.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
Bildirilib ki, Cəlilabad rayonu ərazisində yerləşən, “Cəlilabad” qaz paylayıcı stansiyada separatorun giriş xəttində siyirtmələrdə yaranmış nasazlığın və qaz sızmalarının ləğvi ilə bağlı “Cəlilabad 1”, “Cəlilabad 2” və “Cəlilabad Sənaye” ölçü qovşaqlarından qidalanan 19 yaşayış məntəqəsi üzrə ümumilikdə 13200 abonentin qaz təchizatının 25.09.2024-cü il tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
265