IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür” | 1news.az | Xəbərlər
İqtisadiyyat

IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”

12:39 - 25 / 09 / 2024
IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”

2024-2025-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) prezidentliyi həyata keçirir və uzun müddətdir ki, DVX IOTA-nın sadiq üzvüdür.

1news.az xəbər xəbər verir ki, IOTA-nın icraçı katibi Aliks Perinyon De Troy Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

"Bu gün müzakirə edəcəyimiz mövzu çox əhəmiyyətli və aktualdır, çünki iqlim çağırışlarının həlli ilə bağlıdır. IOTA üzv ölkələr arasında qabaqcıl təcrübələrin mübadiləsini daim diqqətdə saxlayır. Bu tədbir də vergi orqanları arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində biliklərin və təcrübələrin paylaşılması baxımından əhəmiyyətli platformadır".

O, bildirib ki, tədbirin keçirilməsində əsas hədəflərdən biri karbon qiymətqoyma üzrə təşəbbüsləri nəzərdən keçirmək, bu sahədə ölkələrin fəaliyyətinin əlaqələndirilməsini və əməkdaşlığın təşviqini təmin etməkdir.

"Məlum olduğu kimi Paris Sazişinin 6-cı maddəsində karbon bazarları ilə əlaqədar bir sıra hədəflər müəyyənləşdirilib. Bu gün və sabahkı müzakirələrimiz karbon qiymətqoyma və karbon vergisi ilə bağlı təşəbbüsləri əhatə edəcək. Karbon qiymətqoymasının tətbiqi mexanizmlərini təkmilləşirmək sağlam və təhlükəsiz ekoloji mühit üçün əhəmiyyət daşıyır.
İnanıram ki, bu Forum vergi administrasiyaları arasında dialoqun inkişafına töhfə verməklə gələcək əməkdaşlıqlar üçün möhkəm bünövrə olaraq noyabrda Bakıda keçiriləcək COP29 tədbirinin prioritetlərinin reallaşdırılması üçün də faydalı olacaq".

Foto: Trend İnformasiya Agentliyi

Paylaş:
241

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər