Xırdalanda evdə bağlı qapı arxasında qalan azyaşlı FHN tərəfindən xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda evdə bağlı qapı arxasında qalan azyaşlı FHN tərəfindən xilas edilib - VİDEO

Qafar Ağayev09:08 - 01 / 10 / 2024
Xırdalanda evdə bağlı qapı arxasında qalan azyaşlı FHN tərəfindən xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

1news.az FHN-nə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub və 2022-ci il təvəllüdlü azyaşlını yatmış vəziyyətdə aşkar edərək valideynlərinə təhvil veriblər.

Paylaş:
220

Son xəbərlər

Bütün xəbərlər