Respondentlər Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyiblər - STM sorğu nəticəsini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Respondentlər Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyiblər - STM sorğu nəticəsini açıqladı

Qafar Ağayev12:09 - 03 / 10 / 2024
Respondentlər Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyiblər - STM sorğu nəticəsini açıqladı

Bu ilin sentyabr ayında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub.

Sosial Tədqiqatlar Mərkəzi bu barədə Azərbaycan ictimaiyyətinin fikrini öyrənmək məqsədilə rəy sorğusu keçirib.

Bu barədə 1news.az-a STM-dən məlumat verilib.

Bildirilib ki, sorğuda iştirak edənlərin 84,3%-i “Türk dövlətlərinin ortaq əlifbasının yaradılmasını dəstəkləyirsinizmi?” sualına müsbət cavab verərək, bu təşəbbüsü dəstəklədiyini, 13,4%-i dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 2,3%-i fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edilib ki, ortaq əlifbanın yaradılması təşəbbüsü dil və yazı birliyi ilə yanaşı, türk dövlətləri arasında mədəni və təhsil mübadiləsini genişləndirmək, qütbləşən dünyada inteqrasiya və əməkdaşlığı sürətləndirmək, nəhayət dildə, fikirdə, əməldə birliyi gücləndirmək kimi mühüm hədəflərə xidmət edir.

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Paylaş:
98

Son xəbərlər

Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24
Bütün xəbərlər