Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında memorandum imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında memorandum imzalanıb

Qafar Ağayev14:38 - 04 / 10 / 2024
Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında memorandum imzalanıb

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyindən bildirilib.

Qonaqları salamlayan nazir iki qardaş ölkə arasında münasibətlərin xüsusi önəm daşıdığını və müttəfiqlik səviyyəsində uğurla inkişaf etdiyini qeyd edib. Fərid Əhmədov vurğulayıb ki, hüquqi sahədə də əməkdaşlığımız daim genişlənir və inkişaf edir. Bu ilin may ayında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış birgə bəyanatın icrası istiqamətində görülən işlərə toxunan nazir bildirib ki, artıq probasiya sistemi, eləcə də cəzaçəkmə müəssisələrində tibb xidmətinin təşkili sahəsində əməkdaşlıq uğurla həyata keçirilir və bu istiqamətlərdə konkret nəticələr əldə edilib.

Azərbaycanda olmaqdan məmnun olduğunu bildirən Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" ilə iki qardaş ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha yüksək səviyyəyə qalxdığını bildirib. Ölkələr arasında ədliyyə sahəsində, eləcə də ədliyyə akademiyaları arasında həyata keçirilən əməkdaşlıqdan bəhs edən türkiyəli nazir əlaqələrin daha da gücləndirilməsinin və təcrübə mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə hüquqi yardımla əlaqədar sorğuların daha çevik şəkildə göndərilməsini təmin etmək məqsədilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq, ekstradisiya və məhkumların verilməsi üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüşün sonunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Ədliyyə Nazirliyi arasında probasiya və penitensiar sahədə potensialın gücləndirilməsi və əməkdaşlar üçün qarşılıqlı təlimlərin təşkili sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edilib ki, ölkələr arasında hüquqi sahədə ikitərəfli əməkdaşlıqla yanaşı beynəlxalq təşkilatlar, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlıq həyata keçirilir.

Paylaş:
164

Son xəbərlər

Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04
Bütün xəbərlər