Moskvadan gələn sərnişinin baqajında minlərlə dərman aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvadan gələn sərnişinin baqajında minlərlə dərman aşkarlanıb

1news Redaksiyası17:37 - Bu gün
Moskvadan gələn sərnişinin baqajında minlərlə dərman aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitəsinin gömrük nəzarətindən yayındırılması cəhdinin qarşısını alıblar.

1news.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Moskva-Bakı reysi ilə gələn Rusiya Federasiyası vətəndaşının baqaj və əl çantaları üzərində gömrük nəzarəti tətbiq edilib.

Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə edildiyindən vətəndaşa məxsus baqaj və əl çantaları gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı çantalardan gömrük orqanına bəyan edilməyən 5 adda 9900 həb və 250 iynədən ibarət dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
37

Son xəbərlər

Bütün xəbərlər