Bakıda 21 yaşlı gənc 37 yaşlı kişini öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 21 yaşlı gənc 37 yaşlı kişini öldürüb

09:29 - 14 / 10 / 2024
Bakıda 21 yaşlı gənc 37 yaşlı kişini öldürüb

Oktyabrın 13-də saat 23 radələrində 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla 2003-cü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məmmədəli Əmirxanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Paylaş:
271

Son xəbərlər

Bütün xəbərlər