İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub - - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub - - FOTO - YENİLƏNİB

Qafar Ağayev11:56 - 31 / 10 / 2024
İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub - - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.

1news.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına qatarlar barədə məlumat verdilər.

Bildirildi ki, “Qlobalnıye Transportnıye Reşeniya” MMC ilә “Bakı Metropoliteni” QSC arasında bağlanmış müqavilәyә әsasәn, 2024-2026-cı illәr әrzindә 65 yeni vaqonun (13 qatar tәrkibi) istehsal edilәrәk Bakı metropoliteninә gәtirilmәsi nәzәrdә tutulub. Hәmin müqavilәyә uyğun olaraq, 2024-cü ildә 35 (7 qatar tәrkibi), 2025-ci ildә 20 (4 qatar tәrkibi), 2026-cı ildә isә 10 vaqon (2 qatar tәrkibi) istehsal edilməlidir.

Diqqətə çatdırıldı ki, “81-765 Б/766 Б” seriyalı qatar tәrkibi innovasiyalar baxımından 4-cü nәsilә mәnsubdur. Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı metropolitenindә tәşkil edilir. Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılır. Bakı metropoliteninin mürәkkәb relyefi, texniki xüsusiyyәtlәri, paytaxtın iqlimi, geoloji şәraiti nәzәrә alınmaqla avadanlıqların istismar müddәtindә yüksәk tәhlükәsizlik tәlәblәrinә cavab vermәsinə, etibarlılığına, uzunömürlülüyünə, istehsal zәmanәtinə, sәmәrәliliyinə vә digәr üstünlüklәrinә diqqәt yetirilib. Bu xüsusda, Avropa istehsalçıları ilә 9 müqavilә imzalanaraq avadanlıqların birbaşa Bakıya gәtirilmәsi tәmin edilib. Nәticәdә, vaqonların yüksәk keyfiyyәt standartları tәmin edilmәklә yığılmasının Bakıda tamamlanaraq xәttә buraxılması nәzәrdә tutulub.

Vaqonların Bakıda yığılaraq komplektlәşdirilmәsi, sazlama, hәmçinin sınaq işlәrinin aparılması mәqsәdilә Bakı metropoliteninә istehsalçı şirkәtin 54 nәfәrdәn ibarәt heyәti ezam edilib. Yeni nәsil qatarların hәr birinin baş vaqonları 315, orta vaqonları 329 sәrnişin üçün hesablanıb. Baş vaqonlarda 38, orta vaqonlarda 44 oturacaq var. Vaqonların qapıları 1400 mm olmaqla әvvәlki nәsil vaqonlarla müqayisәdә 12 faiz daha genişdir. Qatarlarda әlil arabaları, iri yüklәr vә uşaq arabaları üçün çoxfunksiyalı zonalar, mikroiqlim nәzarәti, videomüşahidә, interaktiv sәrnişin mәlumatlandırma sistemlәri, mobil cihazlar üçün USB portlar, orijinal işıq qrafikası mövcuddur. Vaqonlar hermetik olduğuna görə sәs-küysüzdür vә istilik izolyasiyasına malikdir. Әvvәlki nәsil qatarlarla müqayisәdә vaqondan-vaqona birbaşa keçidlәr sәrnişinlәrin qatar boyunca hәrәkәtini tәmin edir. Bakıya gәtirilmiş 7 qatardan 5-nin yığılaraq komplektlәşdirilmәsi, sazlanması və sınaq işlәri başa çatdırılıb. Daha 2 qatarın xәttә buraxılması noyabrın 8-nә qәdәr tәmin edilәcәk.

Dövlət başçısı Bakıda komplektləşdirilən qatarların vaqonlarına baxıb.

Qeyd edildi ki, yeni qatarlar nәzәrә alınmaqla, Bakı metropoliteninin vaqon parkında innovasiyalar baxımından sonuncu nәslә mәnsub vaqonların ümumi sayı 150-yә çatdırılıb.

***

09:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də "Bakı Metropoliteni" QSC-nin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub.

Paylaş:
289

Son xəbərlər

Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb02 / 11 / 2024, 18:10DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib02 / 11 / 2024, 17:34Sabahdan bu yollar 3 saatlıq bağlanır!02 / 11 / 2024, 17:06Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür02 / 11 / 2024, 16:35Yağış zamanı hasarı uçan məktəblə bağlı RƏSMİ AÇIQLAMA02 / 11 / 2024, 15:45Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb02 / 11 / 2024, 15:24Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür02 / 11 / 2024, 14:46Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb02 / 11 / 2024, 14:17Bakıda oğurluq edən 2 yeniyetmə saxlanılıb02 / 11 / 2024, 13:59Sabah yağış yağacaq - PROQNOZ02 / 11 / 2024, 13:36Bakıda mərkəzi küçədə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulub02 / 11 / 2024, 13:13COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ02 / 11 / 2024, 12:56Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib02 / 11 / 2024, 12:43İrandan Azərbaycana gətirilən 31 kq narkotik vasitə aşkarlanıb02 / 11 / 2024, 12:25Azərbaycan nefti cüzi bahalaşıb02 / 11 / 2024, 12:01Kürdəmirdə mağazadan 5 min manatlıq oğurluq olunub02 / 11 / 2024, 11:41FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib02 / 11 / 2024, 11:17Azərbaycan XİN Serbiyaya başsağlığı verib02 / 11 / 2024, 10:52COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib02 / 11 / 2024, 10:32İki yeniyetmə itkin düşüb02 / 11 / 2024, 10:19
Bütün xəbərlər