Azərbaycan boksçusu tarixi nəticəyə imza atıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan boksçusu tarixi nəticəyə imza atıb

Qafar Ağayev10:44 - 31 / 10 / 2024
Azərbaycan boksçusu tarixi nəticəyə imza atıb

Azərbaycanın daha üç boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasından (ABF) 1news.az-a verilən məlumata görə, Aynur Mikayılova (57 kiloqram) Reka Varqa Sara (Macarıstan) ilə qarşılaşıb. O, ilk raundda tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib və özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycanın boks tarixində yeni səhifədir. A.Mikayılova fəxri kürsüyə qalxacaq ilk azərbaycanlı qız boksçu olacaq. Mikayılova finala gedən yolda türkiyəli Pinar Beneklə qarşılaşacaq.

Məhəmmədəli Qasımzadə (60 kiloqram) də növbəti qələbəsini qazanıb. Boksçu Sandro Spicaya (Fransa) 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda Platon Kozlovla (Rusiya) döyüşəcək.

Zidan Hümbətov (51 kiloqram) isə 1/4 finalda gücünü Meroj Sufijonova (Tacikistan) göstərib. O, rəqibini 3:2 (27:30, 30:27, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib. Hümbətov yarımfinalda Castin Morena (Kolumbiya) ilə qüvvəsini sınayacaq.

1/4 final döyüşlərində qələbə qazanan boksçular özləri üçün azı bürünc medalı təmin ediblər.

Beləliklə, dünya birinciliyinin yarımfinalında Azərbaycanın 5 idmançısı mübarizə aparacaq. Daha öncə Bilalhəbaşi Nəzərov (48 kiloqram) və Əli Abdullayev (63,5 kiloqram) bu hüquqa yiyələnib.

Qeyd edək ki, yarımfinal mərhələsinin görüşləri bu gün keçiriləcək.

Paylaş:
722

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24
Bütün xəbərlər